10:42 - 5.06.2018
5 iyun, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 1,32 dollar (1,7%) azalıb.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 76,34 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında “WTI” markalı neftin iyul ayının fyuçersinin qiyməti keçən ticarətin yekunlarına qarşı 0,28 dollar (0,43%) yüksəlib (bir barelə 64,75 dollar) və hazırda 65,03 dollar/barelə təşkil edir.
Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin iyul fyuçersinin qiyməti keçən ticarətin yekunlarına qarşı 0,16 dollar (0,21%) yüksəlib (bir barelə 75,29 dollar) və hazırda 75,45 dollar / barelə təşkil edir.
“Brent” neft markası ilə “WTI” markası arasındakı qiymət fərqi hazırda 11,42 dollar / barelə təşkil edir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026