16:47 - 7.10.2022
7 oktyabr, Fineko/abc.az. Azərbaycanda məşhur şirkətin dövlətə milyonlarla borcu yaranıb.
ABC.AZ-ın Qaynarinfo-ya istinadən məlumatına görə, "Evfemiya" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1 milyon 777 min 345 manat 41 qəpik vergi borcu var.
Bu şirkətin təsisçisi adı son illər müxtəlif qalmaqallarda hallanan İsmayılov Gəncəli İsmayıl oğludur.
Əldə etdiyimiz məlumata görə, artıq onun ölkədən getmək hüququ da məhdudlaşdırılıb.
Naxçıvanda üzərlik qabı istehsalı ilə biznesmenə çevirilən Gəncəli İsmayılov uzun illər Azərbaycanda məşhur "Soliton" (Neptun) şirkətinin əsas nümayəndələrindən biri olub.
"Soliton LTD" nin rəhbəri Bağırov Müseyib Abbas oğludur. Gəncəli İsmayılov isə şirkət rəhbərinin qaynıdır.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026