10:28 - 5.10.2022
5 oktyabr, Fineko/abc.az. 2022-ci ildə Azərbaycanda ÜDM-in 4,2% artacaq.
ABC.AZ-ın interfax-a istinadən xəbər verir ki, bunu Dünya Bankı (DB) özünün dərc etdiyi Avropa və Mərkəzi Asiya regionu üzrə yenilənmiş iqtisadi icmalda açıqlayıb. Sözügedən yazıda qeyd edilib ki, apreldə DB 2022-ci il üçün Azərbaycanda ÜDM-in artımını 2,7% səviyyəsində proqnozlaşdırmışdı.
O cümlədən, DB 2023-cü il üçün Azərbaycanda ÜDM-in artım proqnozunu 2,8%-dək (aprel proqnozu – 2,2%) və 2024-cü il üçün – 2,6% (aprel proqnozu – 2,3%) yaxşılaşdırıb.
“Qiymətləndirmələrimizə əsasən, 2022-ci ildə Azərbaycanda ÜDM-in real artımı 4,2%-ə, 2023-2024-cü illərdə - 2,7%-ə çatacaq. Ölkədə neft hasilatının bir qədər azalmasının təbii qaz hasilatının artması ilə kompensasiya olunacağı gözlənilir”, - DB qeyd edir.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026