15:07 - 23.09.2022
23 sentyabr, Fineko/abc.az. Qeyrineft-qaz sektorunda əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi bu ilin 8 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,5% artıb.
ABC.AZ-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter səhifəsində yazıb.
Nazir qeyd edib ki, bu, iqtisadi artımın davamlı olması və işgüzar fəallıq üçün mühüm göstəricidir. Bu göstərici 2021-ci ilin yanvar-avqust aylarında 2020-сi ilin eyni dövrünə nisbətən 11,3% aşağı idi.