16:20 - 9.09.2022
9 sentyabr, Fineko/abc.az. Ötən il adını və təşkilati-hüquqi formasını dəyişərək BEST-Tarım MMC-yə çevrilən “BETA” Firması bundan sonra qapalı fəaliyyət göstərəcək.
ABC.AZ-ın məlumata görə, ”Best-Tarım” MMC təşkilati-hüquqi formasını dəyişərək Best-Tarım QSC-yə çevrildiyini elan edib.
Qeyd edək ki, aparılan araşdırmalar zamanı “Beta” şirkəti ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi arasında meşə fondu torpağının açıq sahəsində bağ salınması məqsədilə bağlanmış müqavilənin icrası prosesində kənara çıxmalara yol verildiyi və ərazidə kol-kosdan əlavə yaş ağacların da kəsildiyi aşkar olunub. Araşdırmaların nəticəsi olaraq kəsilmiş ağacların əvəzinə yenilərinin əkilməsi, təbiətə dəymiş ziyanın ödətdirilməsi və “Beta” şirkətinin cərimə olunması həyata keçirilib.
Müəllif: Elmir Murad