Prezident bu Agentlik barədə Fərman imzaladı

10:07 - 9.09.2022


9 sentyabr, Fineko/abc.az. Yerüstü Nəqliyyat Agentliyinin Nizamnamə fondu təsdiqlənib.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Agentliyin nizamnamə fondu 5 milyon 642 min 390 manat müəyyənləşdirib.

Fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını Prezident ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.