Nazirlik böyük həcmli tenderi "Evrodizayn”-a verdi

10:24 - 8.09.2022


8 sentyabr, Fineko/abc.az. Ədliyyə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

ABC.AZ Yeniavaz-a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Evrodizayn” QSC-yə (VÖEN- 2900061521) olub.

Ədliyyə Nazirliyi məhkum edilmiş şəxslərə tətbiq olunan elektron nəzarət vasitələrinin və aidiyyəti avadanlığın satınalınması, eləcə də elektron monitorinq sistemlərinin, “Cəza çəkən məhkumlar və həbs olunmuş şəxslər” informasiya resursunun, mövcud elektron nəzarət qurğuları və digər avadanlıq, lisenziyalar, proqram təminatı, habelə rabitə infrastrukturunun saxlanılması, inkişafı və texniki dəstəyin göstərilməsi üzrə xidmətlərin satınalınması üçün “Evrodizayn” QSC-yə  6 milyon 895 min 794 manat 48 qəpik ödəyəcək.

Qeyd edək ki, uzun illər mətbuatda “Evrodizayn” QSC-nin mərhum Gənclər və İdman Baziri Azad Rəhimova məxsus olması ilə bağlı çoxsaylı məlumatlar yayılıb və bugünə kimi təkzib olunmayıb.