“Toyota Motor” 3 zavodunu bağlayır - Səbəb

10:54 - 5.09.2022


5 sentyabr, Fineko/abc.az. Yaponiyanın ən böyük avtomobil istehsalçısı “Toyota Motor” “Hinnamnor” tayfunu səbəbindən ölkənin cənub-qərbində yerləşən üç zavodunun işini dayandıracaq.

ABC.AZ xəbər verir ki. bu barədə şirkətin yaydığı məlumatda bildirilir. İstehsalın dayandırılması Kyuşu adasındakı Fukuoka prefekturasındakı zavodlara təsir edəcək.

Fasilə bazar ertəsi axşamdan cümə axşamına kimi davam edəcək.

Qeyd edək ki, “Hinnamnor” tayfunu ötən həftəsonu Yaponiyanın cənub və cənub-qərb bölgələrini vurub.

Müəllif: Elmir Murad