15:15 - 2.09.2022
2 sentyabr, Fineko/abc.az. Bu ilin sonuna qədər Səudiyyə Ərəbistanının bir sıra şirkətlərinin və iş adamlarının işğaldan azad edilmiş ərazilərə səfəri barədə ilkin razılıq əldə olunub.
ABC.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İtaliyada keçirilmiş beynəlxalq Forumda Səudiyyə Ərəbistanının investisiya naziri Əl-Falih ilə görüşü zamanı məlumat verilib.
Görüş zamanı iqtisadi əlaqələrin inkişaf etdirilməsi, o cümlədən Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin bərpaolunan enerji sahəsində ölkəmizdə həyata keçirdiyi layihə, həmçinin enerji, xüsusilə neft-qaz sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Bu ilin sonuna qədər Səudiyyə Ərəbistanının bir sıra şirkətlərinin və iş adamlarının işğaldan azad edilmiş ərazilərə səfəri barədə ilkin razılıq əldə olunduğu qeyd olunub.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026