12:32 - 1.09.2022
1 sentyabr, Fineko/abc.az. Rusiyanın “Utair” aviaşirkəti yüksək tələbatla əlaqədar sentyabrın 7-dən etibarən Sankt-Peterburqdan Bakıya əlavə reys açacaq.
ABC.AZ xəbər verir ki, bu barədə hava limanının idarəedici şirkətinin mətbuat xidməti məlumat yayıb.
“Utair” aviaşirkəti Pulkovo hava limanından Bakıya uçuşların sayını həftədə 3-dən 4-ə çatdıracaq. Sentyabrın 7-dən daşıyıcı əlavə reys açacaq: indi aviaşirkət reysləri bazar ertəsi, çərşənbə, cümə axşamı və cümə günləri həyata keçirəcək. Bakı yayın əvvəlindən Sankt-Peterburqdan ən populyar beynəlxalq istiqamətlər arasında “Top-10”a daxildir”, - mətbuat xidmətindən bildirilib.
Yeni reysin tətbiqi ilə Sankt-Peterburqdan Bakıya aviareyslərin ümumi sayı həftədə altı dəfədən yeddi dəfəyə yüksələcək.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026