11:00 - 23.08.2022
23 avqust, Fineko/abc.az. Enerji qiymətlərinin yüksəlməsi ilə əlaqədar olaraq yanvarda Böyük Britaniyada inflyasiyanın 18 faizi keçəcəyi proqnozlaşdırılır.
ABC.AZ xarici mediaya istindən xəbər verir ki, "Citi" iqtisadçıları belə təxmin edir. İngilis iqtisadçıları hesab edir ki, Böyük Britaniyada inflyasiya yanvarda 18 faizi ötmək yolundadır və ölkədə enerji qiymətləri yüksəlir.
Onların hesablamalarına görə, ABŞ-ın nəhəng bankı olan "Citi" 2023-cü ilin birinci rübü üçün istehlak qiymətləri indeksi və pərakəndə satış qiymətləri indeksi proqnozlarını müvafiq olaraq 18 faiz və 21 faiz olaraq yeniləyib.
21 Avqust 2026
21 Avqust 2026