“Turkish Petroleum”: Azərbaycan Türkiyənin əsas tərəfdaşlarından biridir

11:49 - 30.05.2018


30 may, Fineko/abc.az. Bu gün Bakıda “Xəzər Neft və Qaz” 25-ci yubiley Beynəlxalq Konfransı keçirilir.

Konfrans zamanı “Turkish Petroleum” şirkətinin idarə heyətinin sədri və baş direktoru Melih Han Bilgin bildirib ki, Azərbaycan Türkiyənin əsas tərəfdaşlarından biridir, həmçinin, “Turkish Petroleum” şirkətinin mühüm tərəfdaşıdır.

“Azərbaycan Türkiyə iqtisadiyyatına 14 milyard dollar sərmayə, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard dollar sərmayə qoymuşdur. Ölkələr arasındakı ticarət dövriyyəsi 0,5 milyard dollara çatdırılmışdır. Ölkələr birgə beynəlxalq layihələrdə yalnız enerji sahəsində deyil, eləcə də digər sahələrdə iştirak edir, məsələn, Bakı-Tbilisi-Qars layihəsi bu cür əhəmiyyətli layihələrdən biridir”, - deyə “Turkish Petroleum” şirkətinin rəhbəri bildirib.