Azərbaycan buğda idxalını artırıb

17:15 - 18.08.2022


18 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında Azərbaycana 154 milyon 660 min dollar dəyərində 429 min 806.11 ton buğda idxal edilib.

Bu barədə ABC.AZ Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir.

Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 49%, həcmi isə 5,1% artıb. 
Qeyd edək ki, buğdanın dəyərinin həcmə nisbətən kəskin artması onun dünya bazarında bahalaşması ilə bağlı olub. Belə ki, ötən ilin yeddi ayında Azərbaycana idxal edilən buğdanın hər tonunun orta qiyməti 253,8 dollar olubsa, bu ilin eyni dövründə bu rəqəm 359,8 dollara kimi artıb.