11:01 - 18.08.2022
18 avqust, Fineko/abc.az. Avropa İttifaqında iflas ərizələrinin sayı ardıcıl dördüncü rübdür ki, artıb.
ABC.AZ Avropa statistika agentliyi Eurostatın məlumatına istinadla xəbər verir ki, bu ilin ikinci rübündə göstərici birinci rüb ilə müqayisədə 2,2% artıb.
“İflas ərizələrinə gəlincə, onlar yenidən artıb – ardıcıl dördüncü rüb. Ən son məlumatlar göstərir ki, 2022-ci ilin ikinci rübündə iflas ərizələrinin sayı 2022-ci ilin birinci rübü ilə müqayisədə 2,2% artıb.” – məlumatda deyilir.
Eyni zamanda, Aİ-də yeni şirkətlərin qeydiyyatı ikinci rübdə 1,2% azalıb. Göstərici ilin əvvəlindən azalmaqdadır, lakin 2022-ci ilin ilk iki rübündə 2019-cu ilin pandemiyadan əvvəlki dövrlə müqayisədə daha yüksək olmuşdur.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026