Unibank-ın yeni səhmlərini 10 investor əldə etdi

17:12 - 4.08.2022


4 avqust, Fineko/abc.az. Bugün Bakı Fond Birjasında (BFB)“Unibank Kommersiya Bankı” ASC-nin 11 milyon 900 min manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi yekunlaşıb.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, abunə yazılışı zamanı anderrayterə 10 investor tərəfindən 10 sifariş təqdim edilib.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 11 milyon 900 min  manat, səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi də 11 milyon 900 min manat təşkil edib.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Səhmlər yerləşdirildirilməsilə "Unibank"ın nizamnamə kapitalı 130 milyon 686 min manatdan 142 milyon 586 min manata yüksəlib.