16:07 - 1.08.2022
1 avqust, Fineko/abc.az. İkinci rübdə Səudiyyə Ərəbistanının iqtisadiyyatı 11,8% artıb ki, bu da 2011-ci ildən bəri rekord göstəricidir.
ABC.AZ xarici mediyaya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Statistika İdarəsinin məlumatında deyilir.
İlkin hesablamalara görə, 2021-ci illə müqayisədə neft sektoru 23,1 faiz, qeyri-neft sektoru isə 5,4 faiz artıb. Bu fonda Səudiyyə Ərəbistanında işsizlik 2008-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Ötən ay 11%-lə müqayisədə ilin birinci rübündə 10,1%-ə çatıb.
İlin əvvəlindən Ukraynada baş verən hadisələr fonunda neft 40%-dən çox bahalaşıb.
“Səudiyyə Ərəbistanının gəlirləri 100 dollarlıq neft və artan hasilat sayəsində sürətlə artıb. Neftdən əldə edilən ümumi daxili məhsulun bu il 19% artacağı gözlənilir”, - deyə maliyyə naziri Məhəmməd əl-Cədaan bildirib.
21 Avqust 2026
19 Avqust 2026