10:23 - 1.08.2022
1 avqust, Fineko/abc.az. Bakının Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində yeni piyada keçidi tikilir.
Bu barədə ABC.AZ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarət olacaq.
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılacaq.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026