17:30 - 28.07.2022
28 iyul, Fineko/abc.az. Bu ilin I yarısınıda Bakı Limanında TEU ekvivalentində 27 844 konteyner aşırılıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,8% çoxdur.
"Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Limanı yeni multimodal logistik mərkəzdə tam olaraq fəaliyyətə başaladığı 2018-ci ildən etibarən digər növ yüklərdə olduğu kimi konteyner aşırılmasında da hər il artım qeydə alınır.
Belə ki, 2018-ci ildə Bakı Limanında 22 887 ədəd konteyner aşırılmışdısa, 2019-cu ildə bu rəqəm 35 024 ədəd, 2020-ci ildə 40 345 ədəd, 2021-ci ildə isə 45 025 ədəd olub. 2018 və 2021-ci illərdə əldə edilən göstəriciləri müqayisə etdikdə görmək olar ki, artım dinamikası 2 dəfədən çoxdur.
Bu ilin sonuna kimi Bakı Limanında aşırılan konteynerlərin həcmində də daha çox artımın olacağı proqnozlaşdırılır", -deyə səhmdar cəmiyyəti bəyan edib.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026