"MKT İstehsalat Kommersiya" MMC məhkəməyə verildi - Cərimə olunacaq

16:41 - 28.07.2022


28 iyul, Fineko/abc.az. Azərbaycanın ən böyük pambıqçılıq şirkəti hesab olunan "MKT İstehsalat Kommersiya" MMC barəsində məhkəmə iddiası qaldırılıb.

ABC.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkət qanunvericiliyin tələblərini pozmaqda təqsirli bilinir.

Belə ki, MMC müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədib.

Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 544.1 maddəsi ilə protokol tərtib olunaraq İmişli rayon məhkəməsinə göndərilib.

İddia təsdiqini taparsa, şirkət rəhbərliyi üç min manatdan dörd min manatadək məbləğdə  cərimə olunacaq.

Qeyd edək ki, "MKT İstehsalat Kommersiya" MMC-nin İdarə Heyətinin sədri Rövşən Həsənovdur.