10:40 - 26.07.2022
26 iyul, Fineko/abc.az. Rusiyanın “İrAero” aviaşirkəti iyulun 31-dən etibarən Yekaterinburqdan Bakıya uçuşlara başlayacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” saytı məlumat yayıb.
Koltsovo hava limanının mətbuat xidmətindən bildirilib ki, uçuşlar həftədə iki dəfə “Sukhoi Superjet 100” təyyarələri ilə həyata keçiriləcək.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026