Bu şəhərdə ictimai nəqliyyat pulsuz oldu

10:18 - 26.07.2022


26 iyul, Fineko/abc.az. Lissabonda yaşı 65-dən yuxarı olan şəhər sakinləri ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər.

ABC.AZ-ın məlumatına görə, bu barədə Lissabon meriyasından bildirilib.

Lissabon meri Karlos Moedaşın sözlərinə görə, bu tədbir ekoloji davamlılıq məqsədlərinin, iqlim dəyişikliyi ilə mübarizənin bir hissəsidir.

O bildirib ki, Lissabon Avropada bu tədbiri həyata keçirən ilk böyük paytaxtdır və bu tədbir digər şəhərləri və ölkələri də əhatə etməlidir.

Məlumata görə, 13-23 yaş arası şəxslər üçün nəqliyyatdan pulsuz istifadə isə sentyabrda təklif olunacaq.

Qeyd edək ki, 2022-ci il aprelin 21-də Lissabon Şəhər Şurası 2025-ci il dekabrın 31-dək qüvvədə olacaq şəhərdə pulsuz ictimai nəqliyyat təklifini yekdilliklə təsdiqləyib.