15:47 - 25.07.2022
25 iyul, Fineko/abc.az. Çinin mənzil inşaatı sektoruna dəstək göstəriləcəyi xəbəri ilə dəmir filizi qiymətləri iki gündə 7 faizdən çox artıb.
ABC.AZ xəbər verir ki, Çin Dövlət Şurası keçən həftə təzyiq altında olan 12 şirkət üçün vəsait elan edib.
Çin İnkişaf Bankından 50 milyard yuan (7,4 milyard dollar) əldə edilib və bu rəqəmin 300 milyard yuana qədər çata biləcəyi bildirilib. Hökumət ev alıcılarının inamını bərpa etmək və ev alışlarını yenidən artırmaq istəyir.
Sinqapurda fyuçerslər bu gün 4 faiz də artaraq bir ton üçün 107,95 dollar olub. Dəmir filizi mart ayında pik həddinə çatdıqdan sonra 35 faiz azalıb.
25 Avqust 2026