11:09 - 25.07.2022
25 iyul, Fineko/abc.az. Azərbaycanda dövlət ehtiyacları məqsədilə fermerlərdən taxıl alınması üçün minimum qiymət müəyyən ediləcək.
ABC.AZ xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov İnam Kərimov Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında (BTS) bildirib.
Nazir burada yay şumu və təkrar qarğıdalı əkini prosesini izləyib, Ağdam, Bərdə, Yevlax, Tərtər, Goranboy rayonlarından olan fermerlərlə görüşüb.
Xatırladaq ki, bölgələrdə taxıl biçini başa çatmış sahələrdə yay şumu və təkrar əkinlərinin aparılması prosesi davam edir. İyulun 23-dək ölkə üzrə 430 min hektar sahədə yay şumu aparılıb, 30 min hektar sahədə təkrar qarğıdalı əkini həyata keçirilib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026