Ermənistan rəhbərliyi son zamanlar status haqqında deyil, Qarabağın erməni əhalisinin hüquqlarının təmin edilməsi barədə danışır. Azərbaycan tərəfi bu məsələni müzakirə etməyə və onları ölkənin digər vətəndaşlarının malik olduğu hüquqlarla təmin etməyə hazırdır.
1 Dekabr - 16:02
İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Yəqin ki, siz də görürsünüz, hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyəti və zəmanəmizin tələbidir.
21 Oktyabr - 10:57
Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupunun xidmətinə heç bir ehtiyac yoxdur.
14 Oktyabr - 16:33
Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalı dövründə mən bu mövzunu MDB çərçivəsində heç vaxt müzakirəyə çıxarmırdım. Çünki münaqişənin nizamlanması ilə ATƏT-in Minsk qrupu məşğul olurdu, o, mandata sahib idi.
14 Oktyabr - 16:04
27 İyul 2026
27 İyul 2026