Cari ildə spirtli və spirtsiz içkilərin ixracı artıb

16:22 - 10.08.2023


10 avqust, Fineko/abc.az.  Cari ilin yanvar-iyul ayları ərzində elektrik enerjisi 5,5 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 4,4 dəfə artıb.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”nın avqust sayında qeyd edilib.

Həmçinin hesabatda şəkər ixracının 53,1%, meyvə-tərəvəz ixracının isə 46,6% artdığı göstərilib.