Asiya ölkələrində inflyasiya belə olub

12:15 - 21.07.2022


21 iyul, Fineko/abc.az. Gürcüstanda orta illik inflyasiya, ərzaq, nəqliyyat və kommunal xidmətlərdə qiymətlərin artması ilə mayda 12,7 %-ə yüksəlib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankı (ADB) Qafqaz və Mərkəzi Asiya regionu üzrə inflyasiya proqnozunda qeyd olunub.

Sözügedən proqnozda qeyd edilib ki, eyni ayda Qazaxıstanda orta illik inflyasiya 11,3 %-ə yüksəlib, o cümlədən ərzaq qiymətləri 14,5 %, qeyri-ərzaq məhsulları 10,2 %, xidmətlər 8,1 % artıb.

Rusiyanın buğda və şəkər ixracına qadağa qoyması Qazaxıstanda bu məhsulların qıtlığına və qiymət artımına səbəb olub.

Özbəkistanda bu ilin ilk 5 ayında inflyasiya 10,2 %-ə yüksəlib.