11:55 - 19.07.2022
19 iyul, Fineko/abc.az. Ermənistan 44 günlük müharibə zamanı Qarabağa yerləşdirdiyi silahlı qüvvələrini sözügedən ərazilərdən çıxarır”.
ABC.AZ xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan erməni mətbuatına müsahibəsində deyib.
Onun sözlərinə görə, atəşkəs rejiminin yaradılması və Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsindən sonra bölgədən Ermənistan Silahlı Qüvvələrinin çıxarılması olduqca təbii haldır.
A.Qriqoryan qeyd edib ki, sözügedən bu proses artıq başa çatmaq üzrədir və sentyabrda tam olaraq yekunlaşacaq.
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
15 Sentyabr 2026