12:31 - 15.07.2022
15 iyul, Fineko/abc.az .Rusiya prezidenti Vladimir Putin Rusiya KİV-lərinin fəaliyyətini qadağan edən ölkələrin mətbuat təşkilatlarına qarşı oxşar tədbirlərin görülməsinə imkan verən qanunu imzalayıb.
ABC.AZ xəbər verir ki, Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan qanunda deyilir ki, “Rusiya KİV-lərinin xarici dövlətdə fəaliyyətinə qadağa (məhdudiyyət) verildiyi halda, həmin dövlətin media qurumunun fəaliyyəti qadağan olunacaq (məhdudlaşdırılacaq).
Müvafiq olaraq, Rusiyada xarici media qurumunun akkreditasiyası və ya lisenziyası ləğv edilə, fəaliyyəti qadağan edilə bilər.
22 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026