15:21 - 14.07.2022
14 iyul, Fineko/abc.az. “Azərşəkər” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 2022-ci ildə üçüncü dəfə artırılıb və ilin ikinci yarısına 65 milyon manat kapitalla start verib. İlin əvvəlindən isə ona 18.73 mln. manat həcmində kapital qoyulub.
ABC.AZ-ın məlumatına görə, “Azərşəkər” MMC nizamnamə kapitalını 56 400 000 manatdan 64 930 000 manata qaldırıb. Bununla da onun son əməliyyatda nizamnamə kapitalı 8 530 000 manat, yaxud 15.1% artırılmış olub. 2021-ci ilin yanvarında bu şirkətin nizamnamə kapitalı 900 000 manat (2.75%) artırılmaqla 33 600 000 manata, martında isə 8 550 000 manat (25.4%) artırılmaqla 42 150 000 manata, avqustunda 1 800 000 manat (4.27%) artırılmaqla 43 950 000 manata, oktyabrında 2 250 000 manat (5%) artırılmaqla 46 200 000 manata, 2022-ci ilin yanvarında 4 600 000 manat (10%) artırılmaqla 50 800 000 manata və martında isə 5 600 000 manat (11%) artırılmaqla 56 400 000 manata çatdırılıb.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026