14:07 - 14.07.2022
14 iyul, Fineko/abc.az. İran və Azərbaycan arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaq və su elektrik stansiyalarının (SES) üzərində iki bəndin birgə tikintisini sürətləndirəcək sənəd imzalanıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Bakıda İranın energetika naziri Əli Əkbər Mehrabian bildirib.
Onun sözlərinə görə, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları üzərində bəndlərin tikintisi üzrə işlər sürətləndiriləcək. Mehrabian əlavə edib ki, İran-Azərbaycan əlaqələrinin mühüm məsələlərindən biri su ehtiyatlarını idarə edilməsi və su elektrik stansiyalarında elektrk enerjisinin əldə edilməsi üçün Araz sərhəd çayına birgə sərmayə qoymaqdır.