Son 1 ildə avro 18 faiz dəyər itirib - Vüqar Bayramov    

14:43 - 13.07.2022


13 iyul, Fineko/abc.az. “Dünya bazarında dolların kəskin möhkəmlənməsi davam edir. ABŞ pulu əksər səbət valyutalara nisbətən güclənməkdədir. Avronun məzənnəsi son 23 ildə ilk dəfə dollar ilə bərabərləşib”​.

ABC.AZ xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib. O, qeyd edib ki, indi birjalarda 1 avro almaq üçün, demək olar, 1 dollar ödəmək lazımdır: “Son 1 ildə avro 18 faiz dəyər itirib. Avropa pulunun ucuzlaşması Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra daha da sürətlənib.

Dolların kəskin möhkəmlənməsi müşahidə edilir - Deputat

Avrozonada inflyasiya səviyyəsi kifayət qədər yüksəkdir

Avronun kəskin ucuzlaşmasının əsas səbəbi də məhz Ukraynadakı savaşdır. Digər tərəfdən, Rusiyanın Avropaya qaz təchizatını məhdudlaşdırması və avrozonada yüksək inflyasiya, iqtisadi proqnozlarda neqativ dürüstləşmə və bütövlükdə daha dərin böhran gözləntiləri avronu zəiflədir. Mavi qazın qiymətindəki kəskin artımlar “qoca qitədə” real sektorun inkişafını ciddi şəkildə tormozlayır”.