11:16 - 13.07.2022
13 iyul, Fineko/abc.az. “Laçın dəhlizi”nə alternativ yolun Ermənistandan keçən hissəsinin inşası üçün tender elan olunacaq”.
ABC.AZ Qafqazinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.
Məlumata görə, tender avqust ayında elan olunacaq və qalib gələn şirkət sözügedən alternativ yolun 8 kilometrlik hissəsinin inşasını öz üzərinə götürəcək. “Bəzi məlumatlara görə, Azərbaycan tərəfi öz vəsaiti hesabına yolun Ermənistan hissəsinin də inşa edilməsini təklif edib. Lakin ölkənin Baş naziri Nikol Paşinyan ictimaiyyətin buna münasibətindən ehtiyat edərək təklifdən imtina edib”, - deyə məlumatda iddia olunub.