İqtisadi böhran riski daha da artmaqdadır - Deputat

11:59 - 8.07.2022


8 iyul, Fineko/abc.az. "Qlobal iqtisadi böhran riski daha da artmaqdadır. Bir tərəfdən, bir sıra inkişaf etmiş ölkələrdə COVİD-19 virusuna yoluxma sayında yenidən artımlar var, digər tərəfdən Rusiya-Ukrayna müharibəsi Avrozona daxil olmaqla əksər aparıcı dövlətlərinin iqtisadiyyatına təsirsiz ötüşmür”.

ABC.AZ xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, buarada neft bazarı da qlobal risklərə reaksiyasız qalmır:

"Qara qızıl” iyul ayı başladıqdan sonra 6 faizə yaxın dəyər itirib. Rusiya-Ukrayna müharibəsi kontkestində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də bu ilki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunur”.