ABŞ tənəzzülə girib - Analitiklər

11:41 - 8.07.2022


8 iyul, Fineko/abc.az. ABŞ-ın maliyyə xidmətləri şirkəti Wells Fargo-nun strateqləri 2022-ci ilin ikinci yarısından etibarən ABŞ-ın tənəzzülə girdiyini bildiriblər.

ABC.AZ xəbər verir ki, Bankın investisiya bölməsində Qlobal bazarlar üzrə Baş strateq Sameer Samana deyib:

“Təzzülün texniki tərəfi var, sonra istehlak və məşğulluqda gözlənilən pisləşmə var. Texniki hissə ilin birinci yarısında yaşanıb. İlin ikinci yarıda məşğulluq və istehlakda pisləşmə baş verəcək” deyib.

"Wells Fargo"nun məlumatına görə, işsizlik səviyyəsi bu ilin sonunda 4,3 faiz, 2023-cü ilin sonunda isə 5,2 faiz təşkil edəcək. Əvvəlki hesablamalar müvafiq olaraq 4,4 və 3,8 faiz idi. Samana, iyun ayında inflyasiyanın illik 8,8 faizə yüksələcəyini, FED-in qiymət artımlarını cilovlamaq üçün faiz artımında daha aqressiv olacağını və bunun əmək bazarını və investisiyaları şoka salacağını söyləyib.