"Bakı elektronştamp" da zərər edib - 195 min manat ziyandadır

10:39 - 8.07.2022


8 iyul, Fineko/abc.az. "Bakı elektronştamp" zavodu növbəti ili satışsız və zərərlə başa vurub.

ABC.AZ hesabata istinadən xəbər verir ki, müəssisənin 2021-ci ilin yekunları üzrə 2020-ci ildə olduğunu kimi, ötən il də müəssisənin heç bir satışı və ya gəliri olmayıb. Əvəzində 195 min manat inzibati xərcləri olub.

Nəticədə müəssisə ili 195 min manat xalis zərərlə başa vurub. 2021-ci ildə "Bakı elektroştamp" ASC-nin aktivləri 150 min manat və ya 7% azalaraq 2 milyon 225 min manatdan 2 milyon 70 min manata enib.

Hesabata görə ilin sonunda şirkətin kassasında cəmi 575 manat pul olub.