Ermənistan Qarabağ üçün status tələb edərsə niyə biz Qərbi Zəngəzur üçün status tələb etməyək? - İlham Əliyev

12:18 - 16.06.2022


16 iyun, Fineko/abc.az. “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır və Azərbaycanı da onun ərazi bütövlüyünə qarşı analoji addımlar atmağa vadar edir”.

ABC.AZ xəbər verir ki, bunu Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan bizim ərazi bütövlüyümüzü şübhə altına almaqda davam edərsə Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaqdan başqa çıxış yolu qalmayacaq.

Prezidentin sözlərinə görə, tarix baxımından Azərbaycanın buna daha çox haqqı çatır:

“Çünki ötən əsrin tarixi göstərir ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan 6 ay sonra – 1920-ci ilin noyabr ayında sovet hakimiyyəti ölkəmizin tarixi ərazisi olan Zəngəzuru bizdən alıb Ermənistana birləşdirib. Bu səbəbdən, əgər Ermənistan Qarabağ erməniləri üçün status tələb etməkdə davam edərsə niyə azərbaycanlılar Qərbi Zəngəzur üçün status tələb etməsinlər? Çünki bu ərazinin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub”.