10:32 - 10.06.2022
10 iyun, Fineko/abc.az. Beynəlxalq maliyyə qurumları, o cümlədən Beynəlxalq Valyuta Fondu (BVF) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qlobal iqtisadi artım tempinin azalacağını bəyan ediblər. Növbəti aylarda qlobal iqtisadiyyatda artım faizinin düşəcəyini bəyan edən BVF 2022-ci ildə dünya iqtisadiyyatının 3.6 faiz artacağını proqnozlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
O qeyd edib ki, ötən il dünya iqtisadiyyatı 5.7 faiz böyümüşdü.
Dünya Bankı və OECD daha da bədbindilər. 2022-ci ildə Dünya Bankı 2.9, OECD isə 3.0 faiz artım proqnozlaşdırır. Hər iki qurumun ilin növbəti yarısı üçün gözləntiləri nikbin deyil.
Onun sözlərinə görə, qlobal iqtisadiyyatdakı çətinliklər özünü həmçinin ərzaq bazarında qıtlıq və qiymət artımları ilə göstərir.
Müəllif: Elmir Murad
18 Avqust 2026