Ötən ilin martından Gürcüstanda inflyasiya artmaqdadır

14:58 - 3.06.2022


3 iyun, Fineko/abc.az. 2021-ci ilin mart ayından Gürcüstanda illik inflyasiya artmaqdadır.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin statistik məlumatlarında qeyd edilib.

Sözügedən məlumatlarda inflyasiya proseslərini cilovlamaq üçün ölkənin Milli Bankı yenidən maliyyələşdirmə dərəcəsini illik 11%-ə çatdırmaqla pul siyasətini sərtləşdirməyə başlayıb.

Gürcüstan Milli Bankı ümid edirdi ki, 2022-ci ilin sonuna qədər inflyasiyanın səviyyəsi 3%-lik hədəfə düşəcək, lakin Ukrayna ətrafındakı vəziyyətə görə, bu, açıq-aydın əldə edilməyəcək.