Deputat Məşhur Məmmədovun da payı olduğu BOKT-un gəlirləri azalıb

16:44 - 31.05.2022


31 may, Fineko/abc.az. Deputat Məşhur Məmmədovun payı olduğu “BOKT Embafinans” QSC 2021-ci ildə faiz gəlirlərini 4.6 faiz azaltmaqla 9.63 mln. manata, faiz xərcləri isə 12% azalma ilə 1.83 mln. manata düşüb.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu barədə BOKT-un audit hesabatında bildirilir.

Hesabata görə, 2021-ci ildə onun xalis faiz gəlirləri cəmi 7.79 mln. manata düşüb. Bu öncəki ildə 8 mln. manat idi. BOKT 254 min manat kredit zərərləri üzrə ehtiyata ayırma edib, haqq və komissiya gəlirləri 178 min manat, haqq və komissiya xərcləri 509 min manat, inzibati və sair xərcləri isə 2.99 mln. manat olub. Beləliklə il ərzində BOKT-un 3.34 mln. manat xalis mənfəəti olub.

Bu xalis mənfəətdən sonra onun balansındakı bölüşdürülməmiş mənfəət 6.1 mln. manat olmuşdur.