Ermənisran Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməlidir - Prezident

12:02 - 29.04.2022


29 aprel, Fineko/abc.az. Bildiyiniz kimi Prezident İlham Əliyevin iştirakı ilə Bakıda “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

ABC.AZ xəbər verir ki,  dövlət başçısı konfransda çıxış edib.

O bildirib ki, Cənubi Qafqazda regional inkişaf üçün yeni fürsətlərə hədəflənib.

"Bu Azərbaycan və Ermənistan arasında deyil - əlbəttə regional əməkdaşlığın ən vacib elementlərindən biridir – bütün Cənubi Qafqazın inkişafına yönəlib. Biz bu imkanı separatizmə, Ermənistanın aqressiyasına görə 30 il ərzində itirmişik və Cənubi Qafqaz inteqrasiya edə bilməyib. Bəli, burada ikitərəfli və beynəlxalq səviyyədə vacib olan Azərbaycan və Gürcüstan arasında çox yaxın əməkdaşlıq var. Amma eyni zamanda, Ermənistanda bu başa düşülməlidir ki, onlar bu regionda təcrid edilmiş ada kimi yaşamağa davam edə bilməzlər, onların bizimlə əlaqələri normallaşdırmağa ehtiyacı var, onlar Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməlidirlər və Cənubi Qafqazda üçtərəfli səviyyədə istənilən əlaqələrlə bağlı heç bir tərəddüd etməməlidirlər”, - deyə dövlət başçısı qeyd edib.