14:16 - 27.04.2022
27 aprel, Fineko/abc.az. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Fransanın ölkəmizdəki səfirinin İqtisadiyyat müşaviri ilə görüş keçirilib
ABC.AZ xəbər verir ki, bu barədə QSC-nin yaydığı məlumaytda bildirilir.
Görüşdə ölkəmizdə fəaliyyət göstərməkdə maraqlı olan Fransa şirkətləri ilə “AzerGold” QSC arasında mümkün sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib. Fəaliyyət sahələrinin daha da optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə “AzerGold”un beynəlxalq əməkdaşlığa daim önəm verdiyini bildirilib.
Bu xüsusda Cəmiyyətin xarici şirkətlərlə uğurlu tərəfdaşlıq təcrübəsinin olduğu vurğulanıb.
Öz növbəsində, Fransa şirkətlərinin Azərbaycanda nəqliyyat, energetika sahələrində geniş əməkdaşlıq əlaqələrinə malik olduğu qeyd edilib, digər sahələrdə də əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını bildiriblər.
18 Avqust 2026