Azərbaycanda daha bir zavod tikilir - Bu ilin sonuna qədər işlər yekunlaşacaq

16:05 - 26.04.2022


26 aprel, Fineko/abc.az. Bu ilin sonuna Azərbaycanda daha bir zavodun fəaliyyətə başlaması planlaşdırılır.

ABC.AZ-ın məlumatına görə, sözügedən zavod daş yunu zavodudur.

Verilən məlumata görə, zavodun tikintisinin ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Layihə dövlət səviyyəsində Almaniya tərəfi ilə imzalanan memorandum çərçivəsində icra olunur. Qeyd edək ki, zavod Qaradağ rayonunda yerləşəcək.