Cari ildə elektrik avadanlıqlarının istehsalı artıb

12:29 - 21.04.2022


21 aprel, Fineko/abc.az. Cari ilin birinci rübündə  kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 42,2 milyon manatlıq məhsul istehsal olunub.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatlnda deyilir.

Qeyd edilir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 4,1%, elektrik avadanlıqlarının istehsalı isə 2,1 dəfə artıb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 2,9 dəfə, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı isə 21,5 % artıb.