Prezident İlham Əliyev bəyanatla çıxış edib

16:50 - 20.04.2022


20 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakıda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarov Prezident İlham Əliyevlə görüşüb. Görüşdən sonra dövlət başçısı mətbuata bəyanatla çıxış edib.

ABC.AZ-ın məlumatına görə, bəyanatda bunlar qeyd edilib: "Ticari-iqtisadi münasibətlər məsələləri ilə yanaşı, kənd təsərrüfatı ilə bağlı məsələləri də müzakirə etdik. Burada müvafiq nazirlərə konkret tapşırıqlar verdik. Fikrimcə, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək".