16:43 - 19.04.2022
19 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Ermənistanla Azərbaycan arasəndakı nizamlanmalı olan məsələlərə toxunub.
ABC.AZ-ın məlumatına görə, dövlət başçısı avtomobil yolu ilə Azərbaycan tərəfindən fəal tikinti işlərinin getdiyini və yolun böyük hissəsinin artıq inşa olunduğunu bildirib:
“Biz, həmçinin ümid edirik, yəqin ki, növbəti ilin sonuna kimi avtomagistralı Ermənistan sərhədinə çatdıracağıq. Lakin təəssüf ki, Brüssel görüşü zamanı Ermənistanın baş naziri coğrafi koordinatları qeyd etməmişdir. Mən fevralın 4-də videokonfrans vasitəsilə keçirilən görüşdə bu məsələni qaldırdım, lakin cavab olmadı. Aprelin 6-da mən yenidən yolun coğrafi koordinatlarının təqdim edilməsini istədim, lakin cavab olmadı. Ümidvaram ki, tezliklə onu əldə edəcəyik”.
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026