14:13 - 14.04.2022
14 aprel, Fineko/abc.az. ABŞ Dövlət Departamenti rəsmi olaraq Ermənistanı hərbi cinayətlər törətməkdə ittiham edib.
ABC.AZ-ın məlumatına görə, ittiham Dövlət Departamentinin 2021-ci il üçün insan haqlarının vəziyyəti ilə bağlı hesabatında - “İnsan Haqları Təcrübələri üzrə 2021 Ölkə Hesabatları”nda yer alıb.
Belə ki, hesabatın Ermənistanla bağlı hissəsində 2020-ci ildə etnik erməni silahlı qüvvələrinin yaralı azərbaycanlı hərbi əsirləri işgəncələrə məruz qoyaraq öldürdüyü bildirilir.
Hesabatda bildirilir ki, azərbaycanlı hərbi əsirlərin öldürülməsinə dair sübutlar iki video yazıda yer alıb.
Video çəkilişlərin həqiqiliyinin müəyyən edilməsi Ermənistanın Cenevrə Konvensiyalarını, eləcə də Ermənistan Cinayət Məcəlləsini kobud şəkildə pozması deməkdir.
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026