Ötən üç ayda Azərbaycanın əsas kapitalına bu qədər vəsait qoyulub

14:33 - 13.04.2022


13 aprel, Fineko/abc.az. 2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 2440,7 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, müvafiq dövr ərzində neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 28,0 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 10,1 faiz artıb.

“İstifadə olunmuş vəsaitin 1524,7 milyon manatı və ya 62,5 faizi məhsul istehsalı sahələrinə, 743,2 milyon manatı (30,4 faizi) xidmət sahələrinə, 172,8 milyon manatı (7,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilən vəsaitlərin 1676,7 milyon manatını və ya 68,7 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1688,2 milyon manatı və ya 69,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub”, - məlumatda bildirilir.