11:52 - 13.04.2022
13 aprel, Fineko/abc.az. 2022-ci ilin ilk rübündə dövlət büdcəsinə vergidaxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% artaraq 2 milyard 802.191,1 min manat təşkil edib.
ABC.AZ-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün şəxsi Twitter hesabında yazıb.
Nazir qeyd edib ki, proqnoz 123,8% səviyyəsində icra olunub.
"Qeyri neftsektoru üzrə daxilolmalar 48,9% artaraq 2 milyard 249.381,3 min manat olub və proqnoz 128,6% yerinə yetirilib" deyə nazir yazıb.
Müəllif: Elmir Murad