16:10 - 11.04.2022
11 aprel, Fineko/abc.az. 2022-ci il aprelin 1-nə respublika üzrə uçotda olan 1 milyon 360 min 747 vergi ödəyicisinin 87,9%-i fiziki şəxslər, 12,1%-i hüquqi şəxslər və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətindən ABC.AZ-a verilən məlumatda bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,7%, o cümlədən fiziki şəxslərin sayı 9,9%, hüquqi şəxslərin sayı 7,8% artıb.
Yanvar-mart ayları ərzində 3 min 98 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14,1% çoxdur. Kommersiya qurumlarının 82,2%-i elektron qaydada, 17,8%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. 530 kommersiya qurumunun (ümumi qeydiyyatın 17,1%-nin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması təmin edilib.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026