15:06 - 11.04.2022
11 aprel, Fineko/abc.az. Dünya Bankı hesabatında Türkiyə üçün 2022-ci il artım gözləntisini aşağı salıb və 2023-cü il üçün gözləntiləri yüksəldib.
ABC.AZ-ın məlumatına görə, Dünya Bankı Türkiyə üçün 2022-ci il üçün ÜDM artımı proqnozunu 2 faizdən 1,4 faizə endirib.
Gələn il üçün isə Bank proqnozunu 3 faizdən 3,2 faizə yüksəldib. Hesabatda Türkiyə iqtisadiyyatının 2022-ci ildə kəskin şəkildə sürətinin yavaşlayacağı və potensialının altında inkişaf edəcəyi bildirilib.
İnvestisiyaların azalması və faiz endirimlərinin inflyasiyanı artırdığı və TL-nin dollar qarşısında rekord aşağı səviyyəyə düşdüyü bildirilib.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026